Hikmət Babaoğlu: "Prezident İlham Əliyevin bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməsi böyük vətəndaşlıq nümunəsidir"

Hikmət Babaoğlu: "Prezident İlham Əliyevin bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməsi böyük vətəndaşlıq nümunəsidir"
12:42 22 Mart 2020
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməsi böyük vətəndaşlıq nümunəsidir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, koronavirusa qarşı mübarizə yalnız ümummili cəbhə yaratmaqla səmərəli ola bilər: "Çünki total hücumun hədəfi bütövlükdə cəmiyyətin hər bir üzvüdür. Ona görə də cəmiyyətin bütün resursları koronavirusa qarşı səfərbər edilməlidir. Bu mənada Azərbaycanda koronavirus təhlükəsinə qarşı həyata keçirilən tədbiirlər kompleks xarakter daşıyır və ardıcıl olaraq həyata keçirilir.

Hazırkı vəziyyətdə qısa müqayisəli təhlik aparsaq, doğurdan da ölkəmizdə virus təhdidlərinə qarşı mübarizənin digər ölkələrə nisbətdə xeyli dərəcədə yaxşı olduğunu görə bilərik. Azərbaycan vaxt itirmədən təhlükəsizlik tədbirləri həyata keçirməyə başladı. Prezidentin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Mübarizə tədbirləri üçün ilk əvvəl on milyon manat ayrıldı. Daha sonra Prezidentin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və həmin fonda iyirmi milyon manat ayrıldı.

Bununla yanaşı, bütün səviyyələrdə önləyici tibbi və sosial tədbirlər həyata keçirildi, texniki avadanlıqlarla təchizat məsələləri ən yüksək səviyyədə həll edildi. Koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslərin könüllü ödəmələr etməsi üçün şərait yaradıldı".

Prezident İlham Əliyev özünün bir illik əməkhaqqını bu fonda ianə etməklə böyük vətəndaşlıq nümunəsi göstərdi. Bu addım təkcə Fonda yardım deyil, həm də imkanlı təşkilat və müəssisələrə maddi müstəvidə səfərbər olmaq çağırışı idi".

Deputat vurğulayıb ki, Fonda yığılan vəsait koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək. Bu da nəticə etibarilə koronavirusa qarşı mübarizədə bizi daha güclü etməklə qlobal təhdiddən minimum itkilərlə çıxmağımıza yardım edəcək.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/835621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR