Samirə Əfəndi məşhur idmançılarımızla birlikdə koronavirus qarşı... - VİDEO

Samirə Əfəndi məşhur idmançılarımızla birlikdə koronavirus qarşı... - VİDEO
12:43 22 Mart 2020
254 İdman
Ölkə mətbuatı
A- A+

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan İdman Jurnalistləri Federasiyası koronavirusa qarşı mübarizə mövzusunda videoçarx hazırlayıblar.

Publika.az xəbər verir ki, videoçarxda gənclər və idmançılar əhalini hökumətin tövsiyələrinə riayət etməyə, ehtiyac olmadıqca evdə qalmağa səsləyiblər və koronavirusa qarşı mübarizə yollarını izah ediblər.

Videoçarxda Dünya Skaut Komitəsinin üzvü İlyas İsmayıllı, Azərbaycanın "Avroviziya" təmsilçisi Samirə Əfəndi, Prezident mükafatçısı Sabir Rüstəmov, Olimpiya çempionu Elnur Məmmədli, üçqat dünya çempionu Hacı Əliyev, gimnastika üzrə Avropa çempionatının mükafatçısı Zeynəb Hümmətova çəkiliblər.

Çəkilişlər Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Heydər Əliyev Sarayı, Bakı Konqres Mərkəsi, Su İdmanı Sarayı və "Baku Crystal Hall" önündə aparılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/308483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR