UEFA klublara maaş və transfer ödənişlərinin 1 ay gecikməsinə icazə verib

UEFA klublara maaş və transfer ödənişlərinin 1 ay gecikməsinə icazə verib
13:47 22 Mart 2020
204 İdman
Ölkə mətbuatı
A- A+

Koronavius pandemiyasının yayılması səbəbindən Avropa ölkələrində milli çempionatların dayandırılması ilə zərər görən klublara UEFA yardım əlini uzadıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, qitə futbol qurumu bəzi maliyyə məsələlərində klublara verilən vaxtı uzatmaq qərarına gəlib.

UEFA onlara maddi problemdən qurtulmaq üçün güzəşt edib. Yeni qərara əsasən, martın 31-nə qədər ödənilməli olan maaşlar və transfer ödənişlərinin vaxtı bir ay uzadılıb. Azərbaycan klubları da daxil olmaqla, "köhnə dünya"nın bütün təmsilçilərinə artıq məcburi ödənişləri etmək üçün aprelin 30-na qədər vaxt verilib.

Qeyd edək ki, klublar maliyyə feyr-pleyi əsasnaməsinə uyğun hesabatları aprelin 30-dək UEFA-ya təqdim etməlidirlər.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/835631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR