"Xəzər Lənkəran" ilk qələbəsini qazanacaq?

"Xəzər Lənkəran" ilk qələbəsini qazanacaq?
18:06 17 Yanvar 2015
110 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" bu gün 3-cü yoxlama oyununu keçirəcək.

ANS PRESS-in məlumatına görə, baş məşqçi Elbrus Məmmədov komandasını Ukrayna klubu ilə oyunda sınayacaq.

Belə ki, "Xəzər Lənkəran" Zaporojye "Metallurq"u ilə qarşılaşacaq. Oyun Bakı vaхtı ilə saat 19.00-da başlayacaq.

Qeyd edək ki, 1935-ci ildə yaradılan "Metallurq"a hazırda Oleq Taran başçılıq edir. Zaporojye təmsilçisi qış fasiləsinə 11-ci pillədə yollanıb.

İlk yoxlama oyununda “Təkirdağspor”la 2:2 hesablı heç-heçə edən “Xəzər Lənkəran” ikinci matçında Almaniya III Bundesliqa təmsilçisi “Çemnitzer”ə uduzub - 0:2. Lənkəranlılar yanvarın 21-də "Nürnberq"lə (Almaniya) qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ bəlli deyil.

Antalya
Yoxlama oyunu
17 yanvar

19.00 Xəzər Lənkəran (Azərbaycan) - Metallurq (Ukrayna)
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, İsgəndər Əliyev.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=320309

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR