Türkiyədə küçəyə çıxma qadağasını pozan yaşlıların cəzası açıqlandı

Türkiyədə küçəyə çıxma qadağasını pozan yaşlıların cəzası açıqlandı
15:37 22 Mart 2020
167 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə hökuməti koronavirusun yayılmasının qarşısını almaq və itkiləri minimuma endirmək üçün müəyyən qadağalar tətbiq etməyə başlayıb.  

Milli.Az oxu.az-a istinadən bildirir ki, onlardan biri də yaşı 65 və üzərində olan qocaların, həmçinin xroniki xəstəliyi olan insanların küçəyə çıxmasının qarşısının alınmasıdır.  

Artıq həmin insanların evdən çıxmaları, park, bağça kimi açıq ərazilərdə dolaşması rəsmən qadağan edilib.  

Artıq qaydaları pozanların nə qədər cərimələnəcəyi də bəlli olub. Ərzincan valisi Ali Arslantaş sosial media hesabı vasitəsilə açıqlama verərək bildirib ki, qadağanı pozan şəxslər 3150 türk lirəsi məbləğində cərimə ediləcəklər.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/835649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR