Pop ulduzu 5 milyon dollarından keçdi - Koronavirusa görə...

Pop ulduzu 5 milyon dollarından keçdi - Koronavirusa görə...
17:03 22 Mart 2020
373 Şou
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli ifaçı, son illərdə isə şəxsi markasını quraraq bizneslə məşğul olmağa başlayan Rihanna koronavirusla mübarizədə dəstək fonduna qoşulub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Rihanna qlobal koronavirusla mübarizə aparan, təcili hazırlıq və müdaxilə proqramlarını maliyyələşdirən "Klara Lionel" Birliyinə 5 milyon dollar bağışlayıb.

Qeyd edək ki, Rihanna maliyyə dəstəyi göstərən yeganə ulduz deyil. Aktyorlar Bleyk Layvli və Reyan Reynolds, futbolçu Zlatan İbrahimoviç, müğənnilərdən Ledi Qaqa, Castin Timberleyk və başqaları da 1 milyon dollar yardım edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/308505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR