Koronavirus hələ ən yüksək həddə çatmayıb - Avropa ölkələri çıxılmaz vəziyyətdə

Koronavirus hələ ən yüksək həddə çatmayıb - Avropa ölkələri çıxılmaz vəziyyətdə
20:03 22 Mart 2020
88 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın Baş naziri Pedro Sançez koronavirusla bağlı vəziyyət barədə açıqlama verib.

Publika.az-ın məlumatına görə, o bildirib ki, hələ koronavirus pandemiyası İspaniyada ən yüksək həddə çatmayıb. Hökumət başçısının sözlərinə görə, indiyədək 1700-dən çox insan həyatını itirib. 25 mindən çox insan virusa yoluxub. Sançez virusla mübarizə aparmaq üçün lazım olan bütün addımların atılacağını bəyan edib.

Qeyd edək ki, koronavirus səbəbiylə İspaniyada fövqəladə vəziyyət elan edilib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/308518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR