O kəslərdən olmayaq ki, özlərini səhvən behiştlik hesab edirlər

O kəslərdən olmayaq ki, özlərini səhvən behiştlik hesab edirlər
21:17 22 Mart 2020
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

Biz hamımız Həzrət Adəmlə (ə) Həvvanın (ə) əhvalatını eşitmişik. Allah Həzrət Adəmə (ə) behişt ağaclarından birindən uzaq olmağı və onun meyvəsindən yeməməyi tapşırmışdı. Ancaq onlar şeytanın (lən) vəsvəsəsi ilə bu ağaca yaxınlaşır və meyvəsindən yeyirlər. Bu, onların behiştdən xaric olmaları üçün səbəb olur. (Tebyan)

Rəhman Allah öz kəramətinə görə insanlara qayıtmaq yolunu qoyur və onu tanıdır. Allah buyurur: "Ey insan! Sənin Mənim yanımdakı yerin qorunur. Əmrlərimə və qadağalarıma itaət edərək, Mənə tərəf qayıt".

Ona görə də Həzrət Adəmin (ə) tövbəsini qəbul edir və behiştə qayıtmaq üçün yol qoyur. Biz insanlara tərəf səma kitabını və rəsullarını göndərir. Bizdən ancaq bir şey istəyir - o da itaət etmək.

İnsan pis olmağa tez adət edir. Çünki bəzi şeyləri zahirdə şirin hesab edir ki, bu da onu azdırır. Pulun dadını çox az insan dadmamış olar. Vay o günə ki, bu pul haram yollarla qazanılmış olsun.

Allahın verdiyi vədələr hamıya aiddir, istər mömin olsun, istərsə də qeyri-müsəlman. Əgər insan Allaha itaət etmək yerinə nəfsinə itaət edərsə, atəşdə giriftar olar.

Yaxşı olardı ki, bu gündən sonra öz rəftar və fikirlərimizdə dəyişiklik edək. Belə düşünməyək ki, cəhənnəm ancaq başqaları üçündür. Ola bilsin ki, mən və siz də bu atəşdə giriftarıq, ancaq bundan xəbərimiz yoxdur.

Sözümüz o insanlara aid deyildir ki, onlar cəhənnəm əhli olmaq üçün artıq öz imzalarını atıblar. Günahsız insanların qanını tökən və bunu halal hesab edən insanlar kimi. Və ya insanların malını yeyən və sələm alan kəslər kimi.

Sözümüz o kəslərədir ki, özlərini iman əhlindən hesab edirlər. Bəli, o kəslərə aiddir ki, hər il ziyarətə gedirlər. Bəs nə qədər imanlı olduğumuza yəqinimiz varmı? Heç bu haqda düşünmüşükmü?

Bunu bilsək yaxşı olar ki, insan özünü saleh əməl sahibi sanaraq, əslində atəş əhlindən ola bilər. O kəslər ki, ədalətdən dəm vururlar, lakin rahat şəkildə başqalarının haqqını tapdalayırlar. Bunu bilməliyik ki, bizim üçün hazırlanan atəş cəhənnəmin o biri sakinləri üçün hazırlanan atəşdən daha şiddətlidir.

Xəyal edirsən ki, Allah bəndəsisən, lakin mömin qardaşını görən zaman üzünü çevirir və salam vermirsən. Zahirdə dostuna gülürsən, ancaq batinində həsəd səni yeyib bitirir. Bədgümanlıq, sui-zənn, ikiüzlü olmaq və bu kimi minlərlə günah. Hər biri bizi cəhənnəmlik edə bilər.

Cəhənnəm atəşi ancaq o kəslər üçün deyildir ki, Allahı qəbul etmir və Ona itaət etmirlər. Həm də iman əhli üçündür ki, Allaha itaətdən dəm vurur, lakin başqalarına əziyyət verirlər.

Bəli, o zamana qədər ki, İlahi rəngə boyanmamışıq - atəş əhliyik. Allahdan hədəflərimizə çatmaq üçün vasitə kimi istifadə etsək - atəş əhliyik. Bu atəş, odunun atəşindən daha yandırıcıdır.

"Dedik: "Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar". "Kafir olan və Bizim (tovhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar"". ("Bəqərə" 38-39).

Allah bizləri alovlandırmış cəhənnəm atəşindən qorusun!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR