Gün ərzində 74 cinayət faktı qeydə alınıb

18:08 17 Yanvar 2015
86 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc 
Yanvarın 16-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 74 cinayət faktından 34-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 7 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 32 nəfər tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gun_erzinde_74_cinayet_fakti_qeyde_alinib-825550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR