Azərbaycan qızıl və gümüş hasilatını artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 665,6 kq qızıl hasil edilib ki, bu da 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə 38% çoxdur.

Metbuat.az xəbər verir ki, hesabat dövründə ölkədə 856,1 kq gümüş istehsal edilib. Beləliklə, illik müqayisədə bu göstərici də 2 dəfə artıb.

Statistikaya əsasən, 1 mart 2020-ci il tarixinə qızılda 190,1 kq, gümüşdə isə 82,6 kq hazır məhsul ehtiyatı yaranıb.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl "AzerGold" QSC və Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən hasil olunur.

"Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR