Teleqraf Media Qrupu Prezidentin təşəbbüsünə qoşuldu

Teleqraf Media Qrupu Prezidentin təşəbbüsünə qoşuldu
12:13 23 Mart 2020
145 Digər
Ölkə mətbuatı
A- A+

Teleqraf Media Qrupu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat köçürüb.

Bu barədə Publika.az-a Teleqraf Media Qrupunun baş direktoru Aynur Camalqızı danışıb.

A.Camalqızı bildirib ki, medianın əsas vəzifəsi cəmiyyəti səhih informasiya ilə təmin etmək, koronavirusdan qorunma qaydalarını təbliğ etmək, həmçinin dövlətin atdığı addımları, xüsusilə qadağaların mahiyyətinin insanlara izah olunmasına dəstək verməkdir:

“Əslində, media bu sahədə aktiv fəaliyyəti ilə koronavirusa qarşı mübarizəyə öz töhfəsini verməlidir və verir də. Ancaq bildiyiniz kimi, son günlər qlobal böhran və koronavirus təhlükəsi getdikcə artır, Azərbaycan dövləti sahibkarlığın dəstəklənməsi, ölkə iqtisadiyyatının qorunması üçün çox böyük işlər görür və bunun nəticəsində ölkəmizdə hər iki təhlükənin ciddi hiss edilməməsi sevindiricidir.

Prezidentimiz özü bir illik maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməklə bir nümunə göstərdi. Yəni məsələ yalnız maddi dəstəkdən deyil, bu mücadilədə birlikdə olmağımızdan, koronavirusa qarşı mübarizənin həm də böyük kampaniyaya çevrilməsindən və buna hər bir insanımızın qoşulmasından gedir. Biz də belə bir qərar verdik ki, bu təşəbbüsün geniş kampaniya şəklində davam etməsi üçün üzərimizə düşən vətəndaş məsuliyyətini yerinə yetirək”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/308553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR