İspaniyada çəkilən kadrlar dəhşətə gətirir - Koronavirus xəstələri dəhlizdə, yerdə kömək gözləyirlər - VİDEO

İspaniyada çəkilən kadrlar dəhşətə gətirir - Koronavirus xəstələri dəhlizdə, yerdə kömək gözləyirlər - VİDEO
12:32 23 Mart 2020
311 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniyadakı xəstəxanaların birində çəkilən kadrlar dəhşətə gətirir.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, görüntülərdə koronavirusa yoluxan xəstələrin dəhlizdə, yerdə çarəsiz vəziyyətdə uzanması əks olunub. Onlar öskürərək həkimlərdən yardım gözləyirlər.

Qeyd edək ki, İspaniyada 30 minə yaxın insan koronavirusa yoluxub. 1813 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 339234 nəfər yoluxub. 14703 nəfər bu virusdan ölüb, 99014 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/835819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR