Olimpiya Oyunları təxirə salına bilər

Olimpiya Oyunları təxirə salına bilər
12:47 23 Mart 2020
73 İdman
Ölkə mətbuatı
A- A+

Tokioda Yay Olimpiya Oyunlarının tam formatda keçirilməsi mümkün olmazsa, Oyunlar təxirə salına bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə parlamentdə çıxışı zamanı Yaponiyanın baş naziri Şinzo Abe bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Oyunlarının tam formatda keçirilməsinin tərəfdarıdır: "Əgər bu mümkün olmazsa, Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul edilməlidir, çünki biz ilk növbədə idmançıları düşünməliyik".

Ş.Abe vurğulayıb ki, Olimpiya Oyunlarının keçirilməsi barədə qərarı BOK qəbul edir və hazırkı mərhələdə Oyunların təxirə salınması gündəmdə deyil.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/835799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR