Gəncədə 2 avtomobil toqquşub, 1 nəfər ağır xəsarət alıb - FOTO

Gəncədə 2 avtomobil toqquşub, 1 nəfər ağır xəsarət alıb - FOTO
18:12 17 Yanvar 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncə şəhəri, Cavadxan küçəsində bir nəfərin ağır yaralanması ilə nəticələnən ağır  yol nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 16  radələrində qeydə alınıb. Gəncə sakinləri - 19 yaşlı İslam Şahbazova məxsus  “Hyundai” və 21 yaşlı Abbas Kərimova məxsus “Niva” markalı avtomobil toqquşub. Nəticədə “Niva”nın sərnişini, 21 yaşlı Orxan Qarayev ağır bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Avtomobil qəzasının baş verməsinə səbəb “Niva”nın “Hyundai”n yoluna çıxması olub. Faktla bağlı araşdırma aparılır. 

Milli.Az













Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR