Koronavirusdan sağalanların sayı 100 000-i keçdi

Koronavirusdan sağalanların sayı 100 000-i keçdi
15:52 23 Mart 2020
91 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada koronavirus infeksiyasından sağalanların sayı 100 000-i ötüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, virusdan sağalanların sayı 100 345 nəfərə çatıb.
Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 192 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 349 807-yə çatıb. 15 307 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/koronavirusdan-sagalanlarin-sayi-100-000-i-otdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR