Sinqapur hökuməti də əcnəbilərin ölkəyə girişinə qadağa tətbiq edir

Sinqapur hökuməti də əcnəbilərin ölkəyə girişinə qadağa tətbiq edir
17:47 23 Mart 2020
150 Dünya
Ölkə mətbuatı
A- A+

Sinqapur hökuməti yeni koronavirusun bu ölkəyə xaricdən gətirilməsi ilə bağlı əcnəbilərin girişinə qadağa tətbiq edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin qərar martın 23-də axşamdan keçmiş qüvvəyə minəcək.

Əlavə olaraq bildirilir ki, bu qərar xüsusi əhəmiyyət kəsb edən sahələrdə, o cümlədən səhiyyə və nəqliyyat sahələrində uzunmüddətli vizaya malik olan şəxslərə şamil edilməyəcək.

Xatırladaq ki, Sinqapur hökuməti artıq bir sıra ölkələrdən gələn əcnəbilərin girişinə qadağa tətbiq edib. Bundan əlavə, dünyanın digər ölkələrindən gələnlər üçün sağlamlıq vəziyyətindən asılı olaraq, evlərində qalmaqla 14 günlük özünütəcrid tələbi qoyulmuşdu.

Bildiriblər ki, bu tədbirə baxmayaraq, ölkədə martın 22-dək qeydə alınan 254 yoluxma halının 70 faizdən çoxu Sinqapura məhz xaricdən gətirilib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/835924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR