Qaradağda ölümlə nəticələnən yol qəzası olub

Qaradağ rayonununda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, martın 22-də saat 21 radələrində rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Tural Nərimanov idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən Goranboy rayon sakini Z.Zeynalovun idarə etdiyi “Hovo” markalı avtomobilə vurub. T.Nərimanov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR