Bakıda mağazadan mobil telefonlar oğurlayan şəxs saxlanıldı

Nəsimi rayonu ərazisindəki 2 mağazadan mobil telefonları oğurlamaqda şübhəli bilinən qrupun üzvü saxlanılıb.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 10-da rayon ərazisindəki 2 mağazadan ümumilikdə 6650 manat dəyərində 14 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən qrupun üzvü - Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR