“Azəriqaz” koronavirusla bağlı aksiyaya qoşuldu

“Azəriqaz” koronavirusla bağlı aksiyaya qoşuldu
18:12 23 Mart 2020
127 Digər
Ölkə mətbuatı
A- A+

“Azəriqaz” İstehsalat Birliyi koronavirusla bağlı məsələnin ciddiliyini yaxşı anlayır və buna görə də #EvdəOturVirusaYoluxma şüarına qoşulur.
İstehsalat Birliyindən “Report”a bildirilib ki, Birlik bayram günlərində də 2 milyon 300 minə yaxın abonentin qaz təchizatında fasilələr olmasın deyə iş başındadır:
“Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları, tələb və tövsiyyələri nəzərə alınaraq bir çox sahələrdə çalışan insanlar artıq əmək fəaliyyətindən ayrılaraq evdən bayıra çıxmır. Yəni biz də, həkimlər də, başqa qurumlar da çalışır ki, hamı rahat evində otura bilsin. Bu zəhmətimiz hədər olmasın deyə, özünüzü təhlükəyə atmayın! Virusa birlikdə qalib gələk!”.
Bu barədə hazırlanan video material aşağıdakı “youtube” ünvanında yerləşdirilib:



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azeriqaz-koronavirusla-bagli-aksiyaya-qosuldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR