Bank BTB Koronavirusla Mübarizəyə Dəstək Fonduna

Bank BTB korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulmuşdur.

Belə ki, Bank BTB ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat məbləğində vəsait köçürmüşdür.

Qeyd edək ki, qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün yaradılan fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Hər zaman sosial məsuliyyəti özündə hiss edən Bank BTB çətin günlərdə də ölkə vətəndaşlarımızı koronavirus infeksiyasına qarşı preventiv addımlar atılmasına və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR