Google şirkəti xüsusi sayt yaratdı

Google şirkəti xüsusi sayt yaratdı
08:37 24 Mart 2020
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

Google şirkəti tərəfindən koronavirus haqqında məlumatların yer aldığı xüsusi sayt yaradılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, saytda mövcud pandemiya ilə bağlı maksimal dərəcədə rəsmi və doğru məlumat yayımlanacağı bildirilir.

Saytda, həmçinin təhlükəsizliyə dair təlimatlar da yer alacaq. Eyni zamanda, idman zallarının bağlanmasına görə, YouTube-a yerləşdirilmiş evdə idman məşqləri, "COVID19"un yayılma statistikası da yerləşdiriləcək.

Qeyd edək ki, hələ ki, saytda ABŞ-ın Tibb Müəssisələri Departamentinin onlayn məlumatlarının linkləri yerləşdirilib. Ehtimal olunur ki, yaxın zamanda digər ölkələrin də koronavirusa dair onlayn məlumatları burada yer alacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/835894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR