Rusiya 45 il sonra yenidən Aya kosmik gəmi göndərəcək

Rusiya 45 il sonra yenidən Aya kosmik gəmi göndərəcək
08:52 24 Mart 2020
135 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiya 1976-cı ildə gerçəkləşdirən Luna-24 proqramından 45 il sonra ilk dəfə Aya kosmik gəmi göndərməyi planlaşdırır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Luna-25 kosmik gəmisinin 2021-ci ildə peykimizə göndərilməsi gözlənilir.

Gəminin gələn ilin sentyabrında start götürəcəyi və ayın qaranlıq tərəfi adlandırılan Cənub qütbü yaxınlığına eniş edəcəyi bildirilir.

Rusiyanın bu addımı ABŞ ilə yaşanan Soyuq müharibə dövründəki kosmik yarışın davamı kimi qiymətləndirilir.

Moskvada yerləşən Kosmos Siyasəti İnstitutunun direktoru Ivan Moiseyev açıqlamasında "Aya dönüş kosmos liderliyi məsələsində ciddi irəliləyiş olacaq" ifadələrinə yer verib.

Qeyd edək ki, pilotsuz gəmi olan Luna-25 Ayda torpaq nümunələri toplayaraq elmi araşdırmalar aparacaq və peykin səthində su axtaracaq.

Layihə üçün nə qədər vəsaitin nəzərdə tutulduğu məlum deyil. Roskosmosun direktoru Dmitri Roqozin isə Aya uçuş üçün raket inşası və göndərilməsinin təxminən 9 milyard avroya başa gələcəyini deyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/835878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR