ABŞ-da “qar adamını” yaxın məsafədən lentə aldılar - FOTO

ABŞ-da “qar adamını” yaxın məsafədən lentə aldılar - FOTO
09:37 24 Mart 2020
184 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Beyli şəhərinin (Kolorado ştatı) sakini Skott Yomen əfsanəvi "qar adamının" yaxın məsafədən şəklini çəkməyə nail olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 2017-ci ilin oktyabr ayında axşam saatlarında evdə oturan Skott və həyat yoldaşı çöldən üfunət iyinin gəldiyini hiss ediblər.

Pəncərəyə yaxınlaşan Skott dəhşətlə çöldən ona qorxunc bir varlığın baxdığını görüb.

Həmin canlının yekə, bir-birindən aralı gözləri var idi və bu ayı deyildi.

Bir təhər qorxu hissini boğmağı bacaran Skott əlinə fotoaparat alaraq həmin canlının şəkillərini çəkib.

"Məni təəcübləndirən şəkil çəkərkən həmin canlının gözlərini yumması oldu. Bunu adətən balaca uşaqlar edir. Onlar elə bilir ki, gözlərini yumsalar, onları heç kim görməyəcək", - deyə S.Yomen qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR