Koronavirusun episentrində səyahət məhdudiyyəti aradan qaldırılır

Koronavirusun episentrində səyahət məhdudiyyəti aradan qaldırılır
10:32 24 Mart 2020
155 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyasının mənbəyi olan Çinin Hubey əyalətində səyahət məhdudiyyəti aradan qaldırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, martın 25-dən etibarən Uhan şəhəri istisna olmaqla əyalət ərazisindəki sağlam sakinlər sərbəst hərəkət edə və iş yerlərinə qayıda biləcək.

Həmçinin sakinlərin digər əyalətlərə giriş-çıxışına da icazə veriləcək.

Uhan şəhərində isə səyahət məhdudiyyətinin aprelin 8-dək qüvvədə qalacağı bildirilib.

Qeyd edək ki, Hubey əyalətində məhdudiyyət rejimi yanvarın 23-də qüvvəyə minib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR