Azərbaycan yığmasının ən uğurlu futbolçuları müəyyənləşib

Azərbaycan milli komandasının ən uğurlu futbolçuları müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu, apasport.az saytının hesablamalarına görə reallaşıb.

Söhbət yığmamızın tarixində rəsmi xarakterli matçlarda qazandığı xallarda ən çox payı olan futbolçulardan gedir. Millimiz dünya, Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında indiyədək 132 matç keçirib. Cəmi 15 qələbəsi olan komandamız 27 heç-heçə edib. Uduzmadığı bu 42 qarşılaşmada 72 xal toplayan yığma 90 dəfə məğlubiyyətlə üzləşib.

Bu görüşlərdə 169 futbolçu Azərbaycan yığmasının formasını geyinib. Onlardan yalnız 95-i qələbə nə olduğunu dadıb. Ümumilikdə 129 oyunçu xal qazanılmasında pay sahibi olub. 40 futbolçu isə yığmada meydana çıxdığı qarşılaşma və ya qarşılaşmalarda məğlubiyyətdən başqa heç nə görməyib.

Azərbaycan millisinin ən uğurlu futbolçusu Kamran Ağayevdir. Qapıçı 49 rəsmi xarakterli matçın iştirakçısı olub və 42 xalın qazanılmasında pay sahibidir. Kamran hamıdan çox – 9 qələbə, hamıdan çox – 15 heç-heçə zamanı meydanda olub.

İkinci sırada Rəşad Sadıqovdur. Oyun sayında komandanın rekordçusu olan sabiq kapitan 37 xal qazanılmasına meydanda sevinib. O, 60 rəsmi xarakterli görüşün iştirakçısı olub. Rəşad 8 qələbə və 13 heç-heçədə iştirak edib.

İlk “üçlüy”ü Rahid Əmirquliyev qapayır. Onun forma geyindiyi 36 oyunda yığmamız 31 xal toplayıb. Yarımmüdafiəçi 7 qələbə və 10 heç-heçədə pay sahibidir. Düzdür, Rahid 31 xala malik yeganə oyunçu deyil. Lakin bu nəticəni daha az görüşdə əldə etdiyi üçün öndədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR