İlham Məmmədov: "Koronavirusla mübarizədə vətəndaşlar da öz məsuliyyətini yerinə yetirməlidirlər" - VİDEO

İlham Məmmədov: "Koronavirusla mübarizədə vətəndaşlar da öz məsuliyyətini yerinə yetirməlidirlər" - VİDEO
11:42 24 Mart 2020
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda koronavirus epidemiyasının yayılmasının qarşısının alınması istiqamətində bütün lazımi addımlar atılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı İlham Məmmədov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə müsahibəsi zaman deyib.

Deputat bildirib ki, ölkəmizdə qabaqlayıcı, sanitar epidemioloji tədbirlərin vaxtında həyata keçirilməsi bu prosesin qarşısını alacaq:

"Ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində ehtiyat tədbirləri görülür. Bu virusla mübarizə aparmaq üçün bu gün ölkənin anbarlarında kifayət qədər dərman vasitələri var".

İ.Məmmədov vurğulayıb ki, dövlət tərəfindən görülən tədbirlərlə yanaşı, insanların da bu qaydalara əməl etməsi vacib əhəmiyyət kəsb edir. O qeyd edib ki, vətəndaşlar bu məsələdə həmrəylik nümayiş etdirməlidirlər:

"Bu mübarizədə vətəndaşlar həmrəylik göstərərək karantin rejiminə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edərsə, biz bu virusun törədə biləcəyi fəsadların qarşısını ala bilərik. İnsanlar da burada öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidirlər".


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/836079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR