Bakı polisi 20 cinayətin üstünü açıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 20 cinayətin üstü açılıb.

Metbuat.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, cinayətlərin 1-i quldurluq, 8-i narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 faktın üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə, ümumilikdə 1 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan dörd nəfər tapılaraq ailəsinə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR