M1 və M2 xüsusi ekspres avtobus bu gündən istifadəyə verilib - FOTO

M1 və M2 xüsusi ekspres avtobus bu gündən istifadəyə verilib - FOTO
13:57 24 Mart 2020
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Xüsusi ekspres avtobus xətləri bu gün səhər saat 06:00-dan sərnişinlərimizin xidmətindədir.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyalar arasında iki istiqamət üzrə M1 və M2 xüsusi ekspres avtobus xətləri təşkil edilib. Hər iki xətt üzrə avtobuslar bu gün səhər saat 06:00-dan sərnişinlərimizin xidmətindədir.

Sərnişinlərə tövsiyə edilir ki, metrodan istifadə minimuma endirilsin və yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi və qaydalara əməl etməyi xahiş edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/836122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR