Baş məşqçinin elə görüntüləri yayıldı ki... - FOTO/VİDEO

Baş məşqçinin elə görüntüləri yayıldı ki... - FOTO/VİDEO
14:23 24 Mart 2020
210 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında çıxış edən "Tottenhem" klubunun baş məşqçisi Joze Mourinyo xeyirxah əməli ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, Mourinyo koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən küçəyə çıxma qadağası olan İngiltərədə yaşlıların köməyinə çatıb.

Portuqaliyalı mütəxəssis xeyriyyə şirkəti ilə birlikdə Londonda evindən çıxa bilməyən yaşlı insanlar üçün alış-veriş edib. Daha sonra 57 yaşlı baş məşqçi məhsulların qablaşdırılmasına kömək edib.

Mourinyo xeyriyyə işləri zamanı maska və əlcək istifadə etməyi də unutmayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/308646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR