HERMES FİNANCE lizinq şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində vəsait ayırıb

Bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Metbuat.az xəbər verir ki, ölkənin aparıcı lizinq şirkətlərindən olan HERMES FİNANCE Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində vəsait köçürüb.

Məqsəd koronavirus (COVİD-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində sosial həmrəyliy nümayiş etdirmək və ölkə iqtisadiyyatına təhlükəli xəstəliklə mübarizədə öz töhfəsini verməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR