"Avrora Qrup" prezidentin başlatdığı kampaniyaya qoşuldu:

Azərbaycanda qida sektorunun aparıcı şirkətlərindən biri, ölkəmizin qida təhlükəsizliyində aparıcı mövqelərdən birini tutan "Avrora Qrup" ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 200 000 manat vəsait köçürüb.

Koronovirusla bağlı Dövlətin qəbul etdiyi qərarlara dəstək məqsədi ilə şirkətin Bizon Energy və Berg Energy brendi yüzdən çox 65 yaş üzəri tənha və kimsəsiz insanlara iki ay boyunca ərzaq yardımı edəcəyini elan edib. Ərzaq yardımlarının paylanmasına bugündən etibarən start verilib.

"Avrora Qrup" eyni zamanda koronavirusla mübarizə çərçivəsində bütün istehsal müəssisələrini dezinfeksiya edərək, çalışanlarını xüsusi geyim forması ilə təmin edib. Şirkət əhalinin qida təminatını nəzərə alaraq ərzaq stokunu artırmaq üçün gücləndirilmiş iş rejiminə keçib.

Bundan başqa əhalinin ərzaq təminatını nəzərə alaraq "Avrora Qrup"a daxil olan Makaron Fabriki, Dəyirman və Un Zavodu Kompleksi, Qazlı İçkilər Zavodu və Biskvit Fabriki tam gücü ilə fəaliyyətini davam etdirir. Eyni zamanda şirkətin pərakəndə qolu olan Grandmart və Bolmart Supermarketlər Şəbəkəsi də fəaliyyətini gücləndirilmiş formada davam etdirir və xalqımıza xidmət göstərir.

Məlumat üçün bildirək ki, "Avrora Qrup" 800-dən çox brendin rəsmi təmsilçisidir. Şirkət ölkəmizə idxal etdiyi qida məhsullarının dağıtımında da heç bir problem olmayacağı barədə əhaliyə təminat verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR