Nazirlik “Güzəştli və təhsil qaydaları” ilə bağlı məlumata aydınlıq gətirdi -

Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı kimi yayılan “Güzəştli və təhsil qaydaları” ilə bağlı məlumata aydınlıq gətirib.

Nazirliyin mətbuat katibi Cəsarət Valehov Metbuat.az-a bildirib ki, ayrı-ayrı qruplarda yayılan və guya həmin qərara istinad olunan məlumatlar yanlışdır: “Belə sənəd ümumiyyətlə yoxdur. Rəsmi mənbəyə istinad edin”.

Nazirlər Kabinetinin qərarı kimi yayılan həmin məlumatda iddia olunur ki, Azərbaycan ərazisində məktəb və məktəb tipli təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesində müəllimlərin Təhsil Nazirliyi tərəfindən təmin olunacaq internet xidmətləri vasitəsilə “Distant təhsil” prosesində aktiv iştirak etmələri təmin olunsun.

Eyni zamanda vurğulanıb ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində təhsil alan tələbələrə cari təhsil ili üzrə tədris olunan fənlər barəsində tələbələrə maksimum dərəcədə güzəşt olunsun və həmin fənlərdən maksimum göstərici ilə qiymətləndirilsin.

“Təqaüdlərin verilməsi” prosesinin əvvəlki semestrin nəticələrinə uyğun olaraq davamlılığı təmin edilsin.

Təhsil Nazirliyi sosial şəbəkələrdə yayılan məlumatı təkzib edərək, belə bir qərarın olmadığını bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR