Dövlət Komitəsinin rəhbər heyəti əmək haqqını koronavirusla mübarizəyə ayırdı

Dövlət Komitəsinin rəhbər heyəti əmək haqqını koronavirusla mübarizəyə ayırdı
22:18 24 Mart 2020
84 Digər
Ölkə mətbuatı
A- A+

Diasporla İş üzrə Dövlət Komitəsi bütün dünyanı bürüyən “COVİD-19” pandemiyası ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi zərurətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

Publika.az xəbər verir ki, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və sağlamlığına xüsusi önəm verən Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər heyəti 1 aylıq əmək haqqının 50%-ini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Məqsəd pandemiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində görülən işlərin həyata keçirilməsinə dəstək göstərməkdir.

Xatırladaq ki, koronavirusun (COVİD-19) geniş yayılmasının qarşısının alınması bu gün bütün dünyada prioritetə çevrilib.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti də ölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına, onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/308694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR