Qurban Qurbanov koronovirusla mübarizəyə dəstək oldu

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanov Fonda 20 min manat vəsait köçürüb.

Bundan başqa, "Qarabağ" futbol klubunun futbolçuları Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait ayırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR