Bu gün hava necə olacaq? -

.

Bakıda və Abşeron yarımadasında martın 25-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti, Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var.

Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR