Neft Daşlarında çalışanlar barədə qərar verildi

Neft Daşlarında çalışanlar barədə qərar verildi
00:17 25 Mart 2020
Ölkə mətbuatı
A- A+

Azərbaycan hökuməti Neft Daşlarında çalışan işçilərlə bağlı qərar qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İTV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Kabinet rəsmisi bildirib: "Anlaşma əldə olunub ki, əməkhaqları artırılma şərti ilə qadağalar qüvvəyə minəndən Neft Daşlarında növbədə olanların növbə müddəti uzadılır. Növbə dəyişməyəcək və onlar aprelin 20-dək orada qalıb işləməyə razılıq veriblər".

İ.Məmmədov qeyd edib ki, neftçilər həm öz ailələrini, iş yoldaşlarını yoluxma təhlükəsi altına qoymamaq üçün onlar öz növbə vaxtlarını uzatmağa razılaşıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/836229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR