Kürdəmir İcra Hakimiyyətinin işçiləri Prezidentin təşəbbüsünə qoşuldular

Kürdəmir İcra Hakimiyyətinin işçiləri Prezidentin təşəbbüsünə qoşuldular
00:22 25 Mart 2020
173 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, icra hakimiyyətinin əməkdaşları biraylıq vəzifə maaşları həcmində pul məbləğini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/kurdemir-i-cra-hakimiyyetinin-iscileri-prezidentin-tesebbusune-qosuldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR