Putin xüsusi geyimdə - Koronavirusdan qorunmaq üçün – FOTO

Putin xüsusi geyimdə - Koronavirusdan qorunmaq üçün – FOTO
01:08 25 Mart 2020
206 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiya prezidenti Vladimr Putin Moskvada koronavirusa yoluxmuş şəxslərin müalicə edildiyi xəstəxanada olub.

Publika.az Rusiya mediyasına istinadən xəbər verir ki, ölkədə virusun ən çox qeydə alındığı yer olan Moskvadakı xəstəxanaya şəhər bələdiyyəsinin sədri ilə birlikdə gələn Putinin onun üçün özəl olaraq hazırlanmış xüsusi libasda xəstəxanaya daxil olması diqqəti cəlb edib.

Rusiya prezidenti xəstəxanada müşavirə keçirib. Həmçinin qeyd edilib ki, bu günədək Rusiyada 163 min nəfərdə koronavirus testi hyata keçirilib. Həftə sonuna kimi daha 13 min nəfərdə bu testlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, təkcə dünən Moskvada 3 min nəfər testə cəlb edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/308686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR