Ana yeddi aylıq körpəsini ac saxlayaraq öldürdü

Ana yeddi aylıq körpəsini ac saxlayaraq öldürdü
03:32 25 Mart 2020
176 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Arkanzas ştatının Fuke şəhərində ana və ata 7 aylıq qızlarını ac saxlayaraq ölümünə səbəb olublar.

Milli.Az xəbər verir ki, valideynlər körpəni və onun əkiz qardaşını çirkli yataqda saxlayıblar.

24 yaşlı ana Kristal Morrou və sevgilisi 19 yaşlı Dastin Harley ümumiyyətlə kiçik Kimberliyə və əkiz qardaşını yedirtməyiblər. Polisin evə basqınından sonra uşaqlar valideynlərdən alınıb. Lakin körpə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Anası qızının öldüyü gün ona bir şüşə süd verdiyini iddia edib, lakin həkimlər qızın susuzluqdan əziyyət çəkdiyini və qidalanmadığını söyləyiblər.
Cütlük qəsdən adamöldürmə ittihamı ilə həbs olunub. Digər 4 uşaq da ailədən alınaraq uşaq sığınacağına yerləşdirilibər.

Ər-arvadın günahı sübuta yetirilərsə onları 30 ilədək həbs cəzası gözləyir. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR