Bakıda 3 avtomobil toqquşub, xəsarət alanlar var

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, qəza Ziya Bünyadov prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb.

"Opel" markalı avtomobil prospektlə hərəkətdə olarkən idarəetmədən çıxaraq, əvvəlcə qarşısındakı “Mercedes” markalı nəqliyyat vasitəsinə, sonra səkiyə çırpılıb.

Rauf adlı şəxsin idarə etdiyi "Ravon" markalı avtomobil isə hər iki avtomobilə çırpılıb.

Nəticədə “Opel”də olan sürücü və sərnişin xəsarət alıb.

Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR