Azərbaycanda kompüter istehsalı artıb

Azərbaycanda kompüter istehsalı artıb
09:47 25 Mart 2020
Ölkə mətbuatı
A- A+

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 33,8 milyon manatlıq məhsul istehsal olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 5,7 dəfə artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 14,1 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqilləri isə 2,4 dəfə artıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/836254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR