“Azərxalça”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna DƏSTƏK

“Azərxalça”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna DƏSTƏK
11:08 25 Mart 2020
41 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov Prezidentin çağırışına qoşularaq 6 aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Publika.az-ın məlumatına görə, bu barədə öz sosial şəbəkə hesabında Səhmdar Cəmiyyətin mətbuat katibi Tural Səfərov məlumat verib: “Bütün dünyada yayılan və pandemiya elan olunan koronavirus bəşəriyyət üçün böyük təhlükə mənbəyinə çevrilib. Dünyanın ən inkişaf etmiş ölkələri belə bu xəstəliyin qarşısının alınmasında çətinlik çəkirlər. Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, ölkəmizdə vəziyyət hələ ki stabildir. Xəstəliyin qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində görülən işlərlə yanaşı, pandemiyanın milli iqtisadiyyata mənfi təsirinin azaldılması, əhalinin ehtiyaclarının vaxtında ödənilməsi üçün də mühüm tədbirlər həyata keçirilir. Bu dövr bir daha sübut edir ki, Azərbaycan qüdrətli dövlətdir və Azərbaycan hökuməti dünyanın ən çevik hökumətlərindən biridir. Bu günlər xalqımız dövlətmizin başçısının rəhbərliyi ilə xəstəlilkə mübarizədə həmrəylik nümayiş etdirir. Prezidentin müvafiq fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələr bunu bir daha sübuta yetirir. Ölkə rəhbərinin dediyi kimi, Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/308718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR