AZAL: Moskva və Londondan 151 vətəndaş vətənə qaytarılıb - FOTO

AZAL: Moskva və Londondan 151 vətəndaş vətənə qaytarılıb - FOTO
12:47 25 Mart 2020
69 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Hava Yolları" aviaşirkəti bəzi şəhərlərdən reyslər yerinə yetirməyə davam edir.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

Bir daha xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçir və karantinə yerləşdirilir. Vətəndaşların ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/836305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR