Azərbaycanda ailə faciəsi: ər-arvad yanaraq öldü

Azərbaycanda ailə faciəsi:  ər-arvad yanaraq öldü
13:05 25 Mart 2020
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaxda ər-arvad partlayış nəticəsində ölüb.

Milli.Az lent.az-a istinadla bildirir ki, hadisə martın 18-də, rayonun Qıpçaq kəndində qeydə alınıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, 64 yaşlı Osmanova Narıngül İslam qızı səhər saat 8 radələrində qaz sobasını yandırmaq istəyərkən partlayış olub və onun bədəninin müxtəlif hissələri yanmağa başlayıb. Bu zaman ona köməyə gələn 83 yaşlı həyat yoldaşı Osmanov Hacı Məhəmməd oğlu da yanıq xəsarətləri alıb və hər iki şəxs rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həmin gün saat 19 radələrində N.Osmanova, martın 24-də isə H.Osmanov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə başlanan cinayət işi, martın 24-də 314.3-cü maddəyə tövsif olunub. Araşdırma davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/836290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR