Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı

Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı
13:22 25 Mart 2020
212 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində faktiki hava şəraitini açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə martın 25-i gündüzdək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib. Sumqayıt, Bakı, Maştağa, Binə, Pirallahı, Çilov adası, Şəmkir, Nabran, Xaçmaz, Qəbələ, Lerik, Biləsuvar, Lənkəranda duman müşahidə olunub.

Havanın temperaturu martın 24-də Bakıda iqlim normasından 5.7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək isti, Aran rayonlarında 17-20° isti, dağlıq rayonlarda 12° -dək isti, Naxçıvan MR-da 16-22° isti olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/weather/836314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR