Taksilərdə sərnişinlər üçün spirtlə dolu xüsusi aparat yerləşdirilib - VİDEO - FOTO

Taksilərdə sərnişinlər üçün spirtlə dolu xüsusi aparat yerləşdirilib - VİDEO - FOTO
15:27 25 Mart 2020
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Bakı Taksi Xidməti" MMC-nin bütün taksiləri koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün gündəlik dezinfeksiya edilir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, eyni zamanda, bu məqsədlə sürücülər antiseptik məhlullar, spirt, əlcək, maska və lazımi profilaktik vasitələrlə təmin olunurlar. Taksilərdə sərnişinlərin avtomobildən istifadə zamanı əllərini spirtləməsi üçün spirtlə dolu xüsusi aparat yerləşdirilib.

Bununla yanaşı, "Bakı Taksi Xidməti" MMC tərəfindən koronavirusla bağlı müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir. Belə ki, qurumun tabeliyindəki bütün taksilərdə həm sürücülərin, həm də taksidən istifadə edən sərnişinlərin koronavirus infeksiyasının profilaktikası ilə bağlı məlumatlandırılması üçün xüsusi lövhələr yerləşdirilib. Həmçinin xidmət əməkdaşlarının bu sahədə maarifləndirilməsi məqsədilə qurum daxilində məlumat xarakterli lövhələr asılıb.

Ümumilikdə profilaktik işlər davamlı xarakter daşıyır və vətəndaşların sağlamlığının qorunması üçün sanitar-gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır.


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/836323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR