“Azərişıq” əhaliyə müraciət etdi: Həqiqəti əks etdirmir...

“Azərişıq” əhaliyə müraciət etdi: Həqiqəti əks etdirmir...
15:37 25 Mart 2020
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - "Abonentlərin nəzərinə xəbərdarlıq" - İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq" - ünvanı məlum olmayan elanlara rast gəlinir. Yayılan elanların "Azərişıq" ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.

Bu barədə Milli.Az-a ASC-dən verilən məlumatda bildirilir.

Qeyd edilir ki, "Azərişıq" ASC tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/836349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR