Tanrıverdi Mustafayev: “Yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur”

Tanrıverdi Mustafayev: “Yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur”
15:57 25 Mart 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

"Son günlər sosial şəbəkələrdə və Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - “Abonentlərin nəzərinə xəbərdarlıq” – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” - ünvanı məlum olmayan elanlara rast gəlinir.
Bu barədə "Report"a "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur: "Bu məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.
“Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin Mətbuat Xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir".


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/tanriverdi-mustafayev-yayilan-elanlarin-azerisiq-asc-ye-hec-bir-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR