Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Teruyuki Katorini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Metbuat.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfir Teruyuki Katori diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərinin hazırkı vəziyyəti, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində məmnunluqla danışılıb.

Nazir ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd edib.

Tərəflər, eyni zamanda hazırda dünyanın mübarizə apardığı yeni növ koronavirus pandemiya ilə mübarizə məsələləri və bu xüsusda dövlətlər tərəfindən həyata keçirilən tədbirlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

E.Məmmədyarov səfir Teruyuki Katorinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR