Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 9200 manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, vəsait mərkəzin əməkdaşları üçün nəzərdə tutulmuş aylıq mükafat fondu hesabına toplanıb. Həmçinin, BMTM-in idarə heyətinin sədri Fərid Şəfiyev bir aylıq əməkhaqqını fonda ianə edib.

Mərkəzin əməkdaşları dünyada yayılmış koronavirus infeksiyası ilə mübarizə çərçivəsində Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstəklərini ifadə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR